“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb.
Qol.az-ın məlumatına görə, UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsinin oktyabrın 24-də keçiriləcək “Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında olacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək. Komandalar arasında ayın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"