"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Rusiya SSKA-sı ilə oyunundan sonra istefaya göndərilə bilər.
Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, klubun prezidenti Ceyms Pallotta dünən SPAL-a ev məğlubiyyətindən sonra təcrübəli mütəxəssisi qovmaq istəsə də, köməkçisi Franko Baldininin məsləhəti ilə fikrini dəyişib.
Di Françeskonun taleyi Moskva klubu ilə ev oyunun nəticəsindən asılıdır. Sözügedən matçda istənilən uğursuzluq baş məşqçinin qovulması ilə nəticələnə bilər.
Qeyd edək ki, dünən doğma meydanda SPAL-a 0:2 hesabı ilə uduzan "Roma" 9 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"