Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irland həmkarı Konor Makqreqora qalib gələrək çempion olmasından sonra qaydasız döyüşlərlə bağlı məsələ yenidən gündəmə gəlib.
Sosial şəbəkələrdəki müzakirələrdə bunu peşəkar idman sayan da var, saymayan da. İkincilər hesab edir ki, peşəkar idmanda qətiyyən qan tökülməməlidi.
Müzakirələrin aktuallığını nəzərə alaraq, böyük boksçu və insan Məhəmməd Əlinin idmandakı zorakılıqlarla bağlı hələ sağlığında bir müsahibəsində səsləndirdiyi fikirləri təqdim edirik. Boksda beynindən yüzlərlə, yaxud minlərlə zərbə alan birinin hələ parkinson xəstəliyinə tutulmazdan əvvəl bu qədər böyük düşünməsi yaxşı mənada təəccüb doğurur.
- Sizin boksda beyin zədələnmələri ilə bağlı fikriniz necədir? Siz demişdiniz ki, Freyzer intentiv terapiya qəbul edir...
- Hə, indi onun durumu yaxşıdır. Hesab edirdik ki, onun vəziyyəti pis olacaq. Ceyms Ellis mənimlə döyüşdən sonra kritik vəziyyətdəydi. Bilirsiniz, bir çox boksçu döyüş zamanı pis vəziyyətə düşmələrini göstərməkdən qorxur. İnsanlar isə döyüşçülərin ölüm ayağında olmalarını müzakirə etməyi sevirlər. Hesab edirəm ki, döyüşlər zamanı həmişə ehtiyat tədbirləri görülməlidir. Əlçəklər böyük olmalıdır. Baş və üz doğru müdafiə olunmalıdır. Mənə görə, ən yaxşı ehtiyat tədbiri budur ki, əgər boksçu döyüşü davam etdirə bilməyib uduzursa və kanata yıxılırsa, daha onu var qüvvə ilə vurmaq lazım deyil. Ellis mənim dostum idi. Onun ailəsi var və o da yaşamaq istəyir. Yalnız dava barədə düşünmək axmaqlıq olardı. Bəzən özüm də başqalarının döyüşünə baxıram və onda bir anlıq düşünürəm ki, yəqin mən də axmağam. Bütün bunlar xoruz döyüşünə bənzəyir. Döyüşçülər bir-birini tanımır və bir-birini öldürməyə hazırdılar. Onlar qan axıdırlar, bir-birilərinə elə zərbələr endirirlər ki... Bu qəzəb hardandı? Kimə və niyə bu qədər əsəbiləşməlisən? Amma ətrafda insanlar var axı. Bir qismi qışqırır: “O güclüdür!” Digərləri isə deyir, “yox, o birisi güclüdür”. Və sonra hamısı bir ağızdan deyir: “Hə, məhv elə onu!” Onlar döyüşməyə başlayırlar. İnsanlar isə bu zaman isti yerlərində yayxanıb pivə içə-içə “ha-ha-ha” edib şaqqanaq çəkirlər. Biz isə döyüşürük. Artıq burundan qan açılıb, göz partlayıb, dişlər qırılıb, beyin silkələnməsi var. Bunlar nəyə görə edilir? Yalnız insan adlandırılanların həzz alması üçün! Bu, vəhşilikdir! Belə şeyləri görəndə özümə söz verdim ki, heç vaxt bu cür döyüşmərəm. Mən rinqdə yaxşı olacağam, rəqs edəcəyəm, qələbəni zorakılıqla deyil, xalla qazanacağam. Floyd Patterson, Çorc Çuvalo, Karl Mildenberqer və Henri Kuperlə görüşdə belə olmuşdu. Görəndə ki, onun qaşından qan fontan kimi açılıb, özüm bilərəkdən onu uzaqlaşdırdım. Axı, onun ailəsi, uşağı var. Kanatdan ümidsizcəsinə sallanan insanın döyülməsini başa düşə bilmirəm. Köməksiz halda olan birinə zərbə vura bilmərəm. Mən belə etmirəm!
- Amma bir döyüşü xatırlayıram ki, siz rəqibinizi möhkən döydünüz. Deyəsən, bu, Zora Folli idi.
- Yox. Bu, sadəcə, bir zərbə idi. Bir zərbə! O yaxşı oğlan idi. Onunla rahatlıqla bacardım. Sağ yumruğumla bir zərbə endirdim. Amma mən onu döymədim. Yadımdadı, bu, yeddinci raundda idi. Mənə yumruq atdı, dəymədi. Mənim zərbəm isə onu tutdu.
- Heç olubmu ki, rinqdə özünənəzərəti itirəsiniz və kimisə öldürmək istəyəsiniz?
- Yox! Heç vaxt!
- Heç bir dəfə də olmayıb?
- Yox! İcazə verin, izah edim. Mən uşaq olarkən daxilimdə kimisə öldürmək üçün yetərincə qəzəb var idi. Amma sən qlobal səviyyədə döyüşürsənsə, bir milləti təmsil edirsənsə, artıq bir nəfərə qarşı özündə bu qədər aqressiya toplamaq çətindir. Hətta mənim İslam dinimi təhqir edən, məni Məhəmməd Əli adlandırmayan, hərbi xidmətə getmədiyimə görə məni söyən Floyd Pattersona münasibətdə belə, qəzəbli olmadım. O, necə pis biri olsa belə, qəzəbli olmadım. Çünki onun beynini korlayan sistem idi. Mən onu ona görə döydüm ki, növbəti döyüşü gözləməyə səbrim yox idi. Frenk Sinatra Floyd Pattersona demişdi: “Floyd sən gərək, bu qara müsəlmanı döyəsən”. Mənimlə döyüşdən sonra Frenk Floyla bir daha danışmadı. Bu Frenk Sinatra əclafın biri idi!
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video