Arda məşhur müğənninin burnunu qırdı

Arda məşhur müğənninin burnunu qırdı
XƏBƏR 10 Oktyabr 2018 / 14:44 5343
-  A +

Türkiyə millisinin sabiq üzvü Arda Turan növbəti qalmaqalla gündəmə gəlib.

Qol.az-ın "Hürriyyət"ə istinadən yadığı xəbərə görə, hazırda “Başakşəhər”in formasını geyinən yarımmüdafiəçi tanınmış müğənni Berkay Şahinlə dava edib. 31 yaşlı futbolçunun gecə klublarının birində müğənni ilə insident yaşadığı və onun burnunu qırdığı bildirilib.

İddiaya görə, hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda isə gecə klubunu tərk etməyib, səhər saatlarına kimi əylənib.

Qeyd edək ki, ötən mövsüm Superliqa matçı zamanı baş hakimi itələdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün əvvəlcə 16 oyunluq diskvalifikasiya olunmuş, ardınca isə cəzası 10 görüşə qədər azaldılmışdı. Artıq futbolçunun diskvalifikasiya müddəti başa çatıb və qarşıdakı turlarda meydana çıxa bilər.

Daha çox


Son xəbərlər
topaz banner