"Ştutqart"ın yeni baş məşqçisi açıqlandı – rəsmi

"Ştutqart"ın yeni baş məşqçisi açıqlandı – rəsmi
XƏBƏR 9 Oktyabr 2018 / 18:05 2504
-  A +

İki gün öncə Tayfun Korkutu istefaya göndərən “Ştutqart”ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın sükanı arxasına Markus Vayntsiril gətirilib. 43 yaşlı mütəxəssislə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb. Komandanı sabahkı məşqə almaniyalı çalışdırıcının çıxaracağı bildirilib.

Qeyd edək ki, Vayntsiril son olaraq "Şalke"ni çalışdırıb.

Daha çox


Son xəbərlər
topaz banner