Yığmamızın üzvü üçün yeni baş məşqçi

Yığmamızın üzvü üçün yeni baş məşqçi
XƏBƏR 9 Oktyabr 2018 / 16:30 2135
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, birinci liqa təmsilçisinin sükanı arxasına Hüseyn Kalpar gətirilib. Klubun prezidenti Kamal Bozbağ yeni çalışdırıcı ilə mövsümün sonuna qədər razılıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, “Girəsunspor”da bir neçə gün əvvəl baş məşqçi Mətin Diyadinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdi. Komanda 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner