AFFA Sənan Qurbanova görə “Qəbələ”ni cərimələdi

AFFA Sənan Qurbanova görə “Qəbələ”ni cərimələdi
XƏBƏR 9 Oktyabr 2018 / 13:11 1888
-  A +

AFFA İntizam Komitəsi “Qəbələ”ni cərimələyib.

Qol.az-ın xəbərinə görə, buna komandanın baş məşqçşisi Sənan Qurbanovun Topaz Premyer Liqanın VII turunun “Zirə” ilə səfər matçından sonra keçirilən mətbuat konfransında iştirak etməməsi səbəb olub. Qurbanovun bu davranışına görə klub 800 manat cərimə edilib.

Xatırladaq ki, “Zirə” ilə görüşdə “Qəbələ” 0:1 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
topaz banner