“Fənərbaxça” baş məşqçisini istefaya göndərir

“Fənərbaxça” baş məşqçisini istefaya göndərir
XƏBƏR 9 Oktyabr 2018 / 12:41 3332
-  A +

“Fənərbaxça” baş məşqçisi Filipp Kokunu istefaya göndərməyə hazırlaşır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi komandanın Türkiyə superliqasındakı uğursuz çıxışından sonra belə qərar verib.

“Fənərbaxça” 8 turdan sonra turnir cədvəlində 15-ci yeri tutur.

Məlumata görə, hollandiyalı mütəxəssisin meneceri hazırda “Fənərbaxça” nümayəndələri ilə təzminat qiymətini müzakirə edir. Onun Koku və köməkçilərinə görə 3 milyon avro istədiyi bildirilib. İstanbul klubu isə hollandlara 1.2 milyon avrodan çox təzminat ödənməyəcəyini bildirib.

Tərəflər razılığa gələrsə, artıq bu həftənin Kokunun rəsmən istefaya göndəriləcəyi iddia edilib.

Daha çox


Son xəbərlər
topaz banner