Farer adaları - Azərbaycan: hakimlərdən biri dəyişdirildi

Farer adaları - Azərbaycan: hakimlərdən biri dəyişdirildi
XƏBƏR 8 Oktyabr 2018 / 17:44 3291
-  A +

UEFA Millətlər Liqasının 3-cü turunda keçiriləcək Farer adaları - Azərbaycan oyununun hakimlərindən biri dəyişdirilib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib.

Qeyd edək ki, Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü  Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək.


Son xəbərlər