Millimiz Çinə uduzdu - dünya çempionatı

Millimiz Çinə uduzdu - dünya çempionatı
XƏBƏR 8 Oktyabr 2018 / 13:01 1984
-  A +

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.

Qol.az-ın məlumatına görə, komandamız Osaka şəhərində Çinlə qarşılaşıb və uduzub – 0:3 (17:25, 16:25, 17:25).

Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.

Xatırladaq ki, millimiz bu mərhələdəki ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə uduzmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner