Azərbaycan yığması UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər oyunu üçün Bakını oktyabrın 9-da tərk edəcək.
Milli komandanın mətbuat xidmətindən verilən məlumata görə, komanda üzvlərini aparacaq təyyarə saat 17:25-də Heydər Əliyev Beynəlxaq Hava Limanından yola düşəcək. Yığma səfərə çarter reysi ilə çıxsa da, ada-dövlətə birbaşa uçmayacaq. Komanda əvvəlcə Danimarkanın paytaxtı Kopehagenə, oradan isə “Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.
Yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.
Hazırda Mərdəkandakı Futbol Mərkəzində milli komandalar üçün təlim-məşq bazasında məskunlaşan yığma səfərə çıxanadək ikisi bu gün, biri isə sabah olmaqla, üç məşq keçəcək. Qazaxıstan təmsilçisi “Astana”nın formasını geyinən Riçard Almeyda istisna olmaqla, bütün futbolçular düşərgədə yer alıb. 29 yaşlı yarımmüdafiəçi komandaya bu axşam qoşulacaq.
Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv oktyabrın 14-də IV tur çərçivəsində Maltanı qəbul edəcək (Report).
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi