Ermənistan millisində yeni baş məşqçi

Ermənistan millisində yeni baş məşqçi
XƏBƏR 8 Oktyabr 2018 / 10:17 2638
-  A +

Ermənistan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, ötən ay istefa verən Vardan Minasyanı Armen Gülbudaqyants əvəzləyib. Suren Çakalyan, Aşot Avetisyan və Roman Berezovski isə 52 yaşlı mütəxəssisin köməkçiləri təyin olunub.

Qeyd edək ki, son iş yeri "Pünik" olan Gülbudaqyants daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"ı çalışdırıb. O, Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner