Millimizin üzvü fikrini dəyişdi, yeni müqavilə imzaladı

Millimizin üzvü fikrini dəyişdi, yeni müqavilə imzaladı
XƏBƏR 8 Oktyabr 2018 / 09:50 2391
-  A +

Millimizin üzvü Ufuk Budak "Samsunspor"la yeni müqavilə bağlayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu komandada qalmaq qərarına gəlib.

O, bir müddət əvvəl klubun borcu üzündən müqaviləyə təktərəfli son qoysa da, rəhbərlik futbolçunu razı sala bilib. Yenidən Samsuna qayıdan Budak 6 aylıq sözləşməyə qol çəkib və məşqlərə başlayıb.

Qeyd edək ki, Ufuk Budak “Samsunspor”a ötən ilin yayında “Manisaspor”dan keçib.

Daha çox


Son xəbərlər
topaz banner