“Oyuna yaxşı başladıq. Heyətlə bağlı problemimiz var idi. Üç oyunçumuz cəza, biri isə zədə üzündən meydana çıxmamışdı”.
Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz”ın oyunçusu Nihad İsmayılov Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Luçeneç”lə görüşündən (2:5) sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.
“Əvvəlki oyunlarda meydanda az olsam da, bu dəfə ilk dəqiqələrdən komandama kömək etməyə çalışdım. Bir neçə futzalçımız var ki, bu cür yarışlarda ilk dəfə iştirak edir. Bunu da nəzərə alsaq, birinci hissədə pis oynamadıq. Hətta avrokuboklarda ilk qolumu vurdum, bunun davamlı olmasını arzulayıram. İkinci hissədə yorğunluq sözünü dedi. Əslində turnirə yaxşı hazırlaşmışdıq. Sadəcə, idman xoşbəxtliyi bu dəfə rəqiblərimizin tərəfində oldu. Bəxtimiz gətirsəydi, üstün oynadığımız hər üç qarşılaşmada qələbə qazanardıq” - deyə o bildirib.
"Araz"ın digər oyunçusu Samir Həmzəyev isə turnirdəki çıxışları ilə bağlı bunları söyləyib: “Yaxşı başlanğıcın davamını gətirməyə gücümüz çatmadı. Oyunçuların sayı az idi ki, nəticədə meydandakı futzalçılar yoruldu. Heyətimizdə gənc futzalçılar da var. Bir qədər ustalıq səviyyəsi istənilən səviyyədə deyildi. Çünki bu komandada hər zaman legionerlər çıxış edib və onlar ustalıq səviyyəsinə görə seçiliblər. Bu dəfə həmin ustalıq səviyyəsi çatmadı. Nəticədə yaratdığımız qol epizodlarını realizə edə bilmədik”.
"Araz"ın oyunçusu Oktay Rüstəmli isə nəticənin üzücü olduğunu vurğulayıb: “Çətin vəziyyətdə idik. Uşaqların bir neçəsi məlum səbəblərdən meydana çıxa bilmədi. Ona görə də meydanda olan oyunçulara çox yük düşdü. Yorulduq, ardıcıl qollar sayəsində qazandığımız üstünlüyü qoruya bilmədik. Təsəvvür edin, rəqib dörd-dörd əvəzetmə edirdi, bizdə isə bir oyunçu çıxır, digəri daxil olurdu. Rəqibin say üstünlüyü hesaba təsir edən başlıca məqam idi. Təbii ki, bu nəticə üzücüdür. Ardıcıl ikinci mövsümdür ki, elit-raunda yüksələ bilmirik. Turnir göstərdi ki, daha çox məşq etməli, çalışmalıyıq”.
Qeyd edək ki, "Araz" ÇL-in qrup mərhələsində 1 xalla qrupu 3-cü pillədə başa vurub və turnirdə mübarizəni dayandırıb .
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi