Rüfət Dadaşov 90 dəqiqə oynadı

Rüfət Dadaşov 90 dəqiqə oynadı
XƏBƏR 6 Oktyabr 2018 / 18:09 3225
-  A +

Almaniya 3-cü Liqasında 11-ci turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizə çağırılan Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “Unterxaxinq"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

"Unterxaxinq" - “Proyssen” - 1:1
Qollar:
Stefan Heyn, 10 (1:0), Fabian Meniq, 79 (1:1)

R. Dadaşov 90 dəqiqə meydanda olub. Ötən tur dubla imza atan oyunçu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, “Proyssen” 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov 6 qolla bombardirlər siyahısında 1-3-cü pillələri bölüşdürür.

Daha çox


Son xəbərlər
topaz banner