Şeydayevə yenə şans verilmədi

Şeydayevə yenə şans verilmədi
XƏBƏR 6 Oktyabr 2018 / 17:24 2351
-  A +

Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.

Qol.az-ın məlumatına görə, 22 yaşlı hücumçu komandasının Rusiya Premyer Liqasının 10-cu turunun "Dinamo" (Moskva) ilə ev matçını da kənardan izləyib. Futbolçumuzun adı görüşün iştirak ərizəsinə salınsa da, o, sona qədər ehtiyatda qalıb.

Qarşılaşma “Krılya Sovetov”un 1:0 hesablı qələbəsi ilə  başa çatıb. 10 turdan sonra 10 xal toplayan “Krılya Sovetov” 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ramil bundan əvvəlki 5 ölkə çempionat oyununda da ehtiyatda qalıb. Gənc hücumçu bu komandanın heyətində cəmi 1 oyun keçirib.

Daha çox


Son xəbərlər
topaz banner