Nazarovdan qələbə qolu

Nazarovdan qələbə qolu
XƏBƏR 6 Oktyabr 2018 / 17:07 3347
-  A +

Almaniya 2-ci Bundesliqasında 9-cu  turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Holştayn"la qarşılaşıb. Görüşdə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Aue təmsilçisinin qələbə qolunu 90+1-ci dəqiqədə millimizin üzvü vurub.

Bu, onun 2018/2019 mövsümündə 2-ci bundesliqadakı 2-ci qolu olub.

"Erzgebirge"  - "Holşteyn" - 2:1
Qollar:
Muhlinq, 41 (0:1), İyoha, 72 (1:1), Nazarov, 90+1 (2:1)

Qeyd edək ki, Nazarov qarşılaşmanın 86-cı  dəqiqəsində meydana çıxıb.

Əlavə edək ki, "Erzgebirge" 9 turdan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner