"Araz" üçün formal oyun

"Araz" üçün formal oyun
XƏBƏR 6 Oktyabr 2018 / 11:56 1498
-  A +

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirəcək.

Qol.az-ın məlumatına görə, təmsilçimiz Slovakiyanın “Luçeneç” komandası ilə qarşılaşacaq. Oyunu Sven
Eyxler (Almaniya), David Şerli (İsveçrə) və Kamil Çetin (Türkiyə) idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk iki oyunda “Vitis”ə (0:1) məğlub olub, “Valletta” ilə (1:1) heç-heçə edən komandamızın ehtiyatında 1 xal var. “Valletta” ilə eyni xalı olan Azərbaycan çempionu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Araz” elit-raunda çıxmaq şansını itirdiyindən “Luçeneç”lə qarşılaşma formal xarakter daşıyacaq.

Daha çox


Son xəbərlər
topaz banner