Bakıda italiyalı yazar Emmanuele Culianellinin “Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabının təqdimatı olub.
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, “Qarabağ” futbol klubu haqda yazılan kitabın təqdimatında müəllif ideyanın tarixəçsindən söz açıb. O, bildirib ki, Ağdam təmsilçisinin avrokuboklardakı nəticələri bu kitabı yazmağa səbəb olub: “Komandanın torpağı, doğma şəhər olmadığı halda bu yerlərə gəlib çıxması diqqətimi cəlb etdi. “Qarabağ”ın 2009-cu ildə Norveçin “Rusenborq”la oyunlarına baxdıqdan və Ermənistana səfərimdən sonra bu kitabı yazmağa qərar verdim. Ötən il “Çelsi” ilə Çempionlar Liqasındakı oyunu izlədikdən sonra Qurban Qurbanovla görüşdüm. O, mənə ətraflı məlumatlar verdi. Avropa və İtaliyada bir çox insan “Qarabağ”ı tanımırdı. Lakin Çempionlar Liqasının oyunlarında “Roma” klubuna müqaviməti komandanın tanınmasına səbəb olub və kitab İtaliyada müsbət qarşılanıb. Bəzi insanlar mənimlə ünsiyyət quraraq, kitabı yazmaqla yaxşı iş gördüyümü söyləyiblər. Bu kitabın satışında, mənə gələn qazancda o qədər də maraqlı deyiləm. Məni maraqlandıran məsələ, kobud desək, bu vəhşiliyi tanıtmaqdır ki, "Qarabağ"ın çətin vəziyyətdən çıxaraq, bu cür nailiyyətləri əldə etməsini göstərim. Onlar bu vəhşilik barədə ətraflı məlumat topladıqlarını bildiriblər”.
İtaliyalı yazıçı bildirib ki, kitabın hazırlanması 9 ay çəkib: “Hollandiyalı yazıçı dostum mənə kitabını təqdim edib və həmin resurslardan yararlanaraq, bu kitabı ərsəyə gətirmişik. Ötən ilin oktyabrında kitabı yazmağa başlamışam və 9 aya bitirmişəm. “Qarabağ” haqda başqa kitablar da yaza bilərəm. Eləcə də, Azərbaycanın Millətlər Liqasındakı çıxışı barədə”.
E.Culianelli kitabın qiymətinin 15-16 avro olduğunu söyləyib. O, kitabı sponsorsuz ərsəyə gətirdiyini vurğulayıb: “Kitabı öz vəsaitim hesabına ərsəyə gətirmişəm. AFFA bu kitabın ərsəyə gəlməsinə çox sevindi. Rus və Azərbaycan dilinə tərcüməsi üçün hazırda ünsiyyətdəyik. Hələlik 2-3 min tirajla çıxıb”.
Qeyd edək ki, Emanuele Culianellinin daha əvvəl “Qarabağ” klubu ilə bağlı “Eurasianet”, FİFA-nın rəsmi jurnalında, “Corriere della Sera”da məqalələri dərc olunub.
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi