"Zirə"nin futbolçusu üçün il bitdi

"Zirə"nin futbolçusu üçün il bitdi
XƏBƏR 4 Oktyabr 2018 / 14:05 1998
-  A +

Topaz Premyer Liqanın 6-cı turunun “Sumqayıt”la oyununda (0:1) zədələnən “Zirə”nin yarımmüdafiəçisi Vüqar Mustafayevin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, ayağından zəda alan futbolçu təxminən 2 ay oynaya bilməyəcək. Bu isə o deməkdir ki, Vüqar bir də 2019-cu ildə - yəni, çempionatın 3-cü dövrəsində meydana çıxa biləcək.

Qeyd edək ki, “Zirə” 1-ci dövrənin son turunda sabah “Qəbələ” ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Son xəbərlər
topaz banner