Azərbaycanın Böyük Britaniyadakı səfirliyi İngiltərənin “Arsenal” klubunun ermənistanlı futbolçusu Henrix Mxitaryanın Bakıya səfəri üçün viza məsələsi ilə bağlı mövqeyini açıqlayıb.
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə səfirlikdən “The Independent”in sorğusuna cavab olaraq bildirilib.
Cavabda qeyd olunub ki, 29 yaşlı yarımmüdafiəçinin milliyyəti Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la oyun üçün ona viza verilməməsinə səbəb ola bilməz: “Əcnəbi vətəndaşın Azərbaycana buraxılmaması üçün yeganə aspekt həmin şəxsin daha əvvəl Azərbaycan Respublikasının yazılı razılığı olmadan Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlara səfər etməsidir. Azərbaycana səfər üçün vizanın verilməsi milli qanunvericilik və beynəlxalq sazişlərdə yer alan qayda və müddəalarla tənzimlənir. Henrix Mxitaryanın viza ala biləcəyi ilə bağlı suala əvvəlcədən dəqiq cavab vermək olmaz. Bu prosedur bütün ölkələrdə, o cümlədən, Böyük Britaniyada da belədir. “Onun milliyyəti Azərbaycan vizası almağa təsir edirmi” sualına cavabımız bu cürdür: Xeyr”.
“Arsenal” klubu isə məsələ ilə bağlı bildirib ki, futbolçularının təhlükəsizliyi hər şeydən önəmlidir: “Vəziyyəti öyrəndikdən və futbolçu ilə söhbət etdikdən sonra qərar veriləcək”.
Ermənistan idmançıları daha əvvəl 2015-ci ildə Azərbaycanın paytaxtında təşkil olunmuş şahmat üzrə Dünya Kuboku, “Bakı 2015” I Avropa Oyunları və 2007-ci ildə güləş üzrə dünya çempionatı kimi yarışlarda iştirak ediblər.
Mxitaryan 2015-ci il oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasının heyətində “Qəbələ” ilə oyun üçün Bakıya gəlməyib. Yarımmüdafiəçi 2009-cu ildən Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Müharibədə iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkən futbolçu onlara müxtəlif məişət texnikalarını hədiyyə verib. Səfərlərin birində işğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan regionda idmanın inkişafı və müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə Mxitaryana “Ayrenyats Paştpan” ("Xalq müdafiəçisi") ordeni verib.
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi