Voleybol millimiz Rusiyaya uduzdu - dünya çempionatı

Voleybol millimiz Rusiyaya uduzdu - dünya çempionatı
XƏBƏR 2 Oktyabr 2018 / 10:21 2476
-  A +

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Faiq Qarayevin komandası 3-cü turda Rusiya yığması ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (25:21, 25:21, 25:22).

Bu qələbədən sonra xalını 8-ə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə 3 xalla 4-cü sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.


Son xəbərlər
topaz banner