UEFA Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 3-də ilk oyununu keçirəcək futzal üzrə "Araz” klubu Slovakiyaya yol düşəcək. Qol.az-ın məlumatına görə, Bakıda hazırlığını yekunlaşdıran komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi arenada keçirəcək. Səfəröncəsi "Araz”ın əsas simalarından Xətai Bağırov Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
- Komandada vəziyyət necədir? Oyunlara necə hazırlaşmısınız?
- Baş məşqçimiz Alesionun özünəməxsus hazırlıq planı var. Əsas üstünlüyü taktiki planda çalışmalara vermişik. Heyətimizdə məlum dəyişikliklər edilib. Artıq braziliyalı futzalçılarımız yoxdur. Sırf yerli futbolçularla mübarizə aparacağıq. Məncə, nəticə yaxşı olmalıdır. Uşaqlar əla formadadırlar və hər kəs oynamaq şansı qazanacaq.
- Yüksək Liqada 3 oyun keçirmisiniz. Üstəlik, əsası "Araz”ın üzvlərindən qurulan milli Qazaxıstanla yoldaşlıq matçında üz-üzə gəlib. Bu oyunlardan sonra baş məşqçi nələrə diqqət yetirməyi tələb edir?
- Qazaxıstan millisinə qarşı yaxşı oynadıq. Baş məşqçi qrup mərhələsində də bu cür çıxış edə bilsək, uğur qazanacağımızı açıqlayıb. Taktiki tapşırıqlara diqqət yetirməli, oyuna konsantrasiya olmalıyıq.
- Alesio taktiki planda istədiyini ala bilirmi?
- Qazaxıstanla oyunda bəli, istədiyini aldı. Düzdür, müəyyən səhvlərimiz oldu. Amma ümumi götürdükdə, narazı qalmadı. Hər zamankı oyunumuzu nümayiş etdirə bilsək, problem yaşamayacağıq.
- Braziliyalı futzalçıların gedişi narahatlıq yaradır. Buna əsas varmı?
- Hiss olunur. Ancaq yerli oyunçular məşqləri intensivləşdirdikcə, təcrübə topladıqca oyun planında inkişaf edir. Müəyyən vaxtdan sonra onların yoxluğunu hiss etdirməyəcəyik.
- Bu mərhələyə yerli oyunçuların özlərini sübut etmək prinsipi ilə yanaşacaqlarını gözləmək olarmı?
- Ola bilər yox, elə olacaq. Elə məqamdır ki, sona qədər gücümüzü meydanda sərf etməliyik.
- Qrupdan ancaq bir komanda mübarizəni davam etdirəcək...
- Reqlamenti bilirik. Ona görə də hər 3 oyunda qələbə qazanmalıyıq. Bir-birinə yaxın səviyyəli komandalardır. Düzdür, "Vytis” 7 braziliyalı ilə oynayacaq. Ancaq heç biri fantastik dərəcədə güclü deyil.
- Rəqiblərlə bağlı baş məşqçi nə deyir?
- Alesionun öz oyun planı, taktikası var. Rəqiblərlə bağlı oyundan bir gün əvvəl məlumat verəcək. Məşqlərdə rəqibə qarşı necə oynayacağımızı imitasiya edirik. Bir gün əvvəl videoya baxış olacaq. Özümüzün qrupumuz var, baş məşqçi tez-tez ora video hissələr atır ki, nələrə diqqət edək. Top rəqibdə olanda biz nə etməliyik, biz hücum edəndə onlar necə müdafiə olunacaqlar, standartlar zamanı hansı məqamlara diqqət ayırmalıyıq, bunları deyir. Həm də texnikası, sürəti ilə seçilən oyunçuları qeyd edir.
- Hansı rəqib daha təhlükəlidir?
- "Vytis”lə oyun daha çətin olacaq. Bu komanda digərlərinə nisbətən daha təhlükəlidir. Meydan sahiblərini də unutmaq olmaz.
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi