"Qarabağ"ın rəqibindən səfər qələbəsi

"Qarabağ"ın rəqibindən səfər qələbəsi
XƏBƏR 30 Sentyabr 2018 / 18:12 1979
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Poltava təmsilçisi 10-cu turda "Desna"nın qonağı olub.

Görüş "Vorskla"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 4-cü dəqiqədə Vladislav Kulaç və 62-ci dəqiqədə Vyaçeslav Şarpar vurub.

Bu qələbə ilə xallarını 18-ə çatdıran “Vorskla” 4-cü pillədəkini yerini qoruyub.

Son xəbərlər
topaz banner