"Roma"da ciddi itkilər – kapitan da zədələndi

"Roma"da ciddi itkilər – kapitan da zədələndi
XƏBƏR 30 Sentyabr 2018 / 16:29 1618
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda doğma meydanda “Viktoriya”nı qəbul edəcək “Roma” oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin 3 futbolçusu – Dieqo Perotti, Daniele De Rossi və Xavyer Pastore Çexiya klubu ilə matçı buraxacaq. Onların sıraya nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Perotti artıq bir müddətdir zədəlidir. Komandanın kapitanı De Rossi və yeni transfer Pastore isə A Seriyasının son turunun “Latsio” ilə oyununda (3:1) zədələniblər.

Xatırladaq ki, “Roma” – “Viktoriya” görüşü oktyabrın 2-də keçiriləcək.


Son xəbərlər
topaz banner