"Arsenal"ın yarımmüdafiəçisi "Liverpul"un hədəfində

"Arsenal"ın yarımmüdafiəçisi "Liverpul"un hədəfində
XƏBƏR 30 Sentyabr 2018 / 15:42 2772
-  A +

“Arsenal”dan ayrılması gündəmdə olan Aaron Remsi karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb. Hadisələrin gedişatını yazından izləyən mersisaydlılar 27 yaşlı oyunçunu azad agent kimi transfer etmək istəyir.

Qeyd edək ki, “Arsenal” rəhbərliyi Remsiyə 5 illik müqavilə və həftəlik 280 min avro maaş təklif etsə də, futbolçudan müsbət “yox” cavabı alıb. Təcrübəli yarımmüdafiəçinin London klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.


Son xəbərlər
topaz banner