"Ronaldo ilə Messi arasında heç bir fərq yoxdur" - Dibala

"Ronaldo ilə Messi arasında heç bir fərq yoxdur" - Dibala
XƏBƏR 29 Sentyabr 2018 / 13:20 3807
-  A +

“Yuventus”un hücumçusu Paulo Dibala komanda yoldaşı Kriştiano Ronaldo ilə “Barselona”nın hücumçusu Lionel Messini müqayisə edib.

Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu superulduzlar arasında fərq olmadığını bildirib:

“Mən dünyada yeganə futbolçuyam ki, Messi və Ronaldodan nə isə öyrənə bilirəm. Onlar arasında heç bir fərq yoxdur, hər ikisi fenomendirlər. Ronaldonun intensiv məşq etməsi, hazırlığa yanaşması və qələbə qazanmaq istəyi məni təəccübləndirir. Sənin komandanda belə futbolçu çıxış edirsə, digərlərinin qol vurmaq şansı azalır. Amma əsas olan komandanın qələbəsidir”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner