Voleybol yığmamız dünya çempionatına məğlubiyyətlə başladı

Voleybol yığmamız dünya çempionatına məğlubiyyətlə başladı
XƏBƏR 29 Sentyabr 2018 / 12:48 3051
-  A +

Yaponiyada qadınlar arasında voleybol üzrə dünya çempionatına start verilib.

Qol.az-ın məlumatına görə, turnirdə mübarizə aparan yığmamız bu gün ilk oyununa çıxıb. C qrupunda yarışan Faiq Qarayevin komandası ABŞ millisi ilə qarşılaşıb. Görüş millimizin son dünya çempionuna 0:3 hesablı məğlubiyyəti (27:29; 21:25; 21:25) ilə başa çatıb.

Qeyd edək ki, ABŞ, Cənubi Koreya, Rusiya, Trinidad və Tobaqo, Taylandla eyni qrupda yer alan komandamız növbəti oyununu sentyabrın 30-da koreyalılara qarşı keçirəcək.


Son xəbərlər
topaz banner