"Zirə" və "Səbail"in legioneri milliyə dəvət aldı

"Zirə" və "Səbail"in legioneri milliyə dəvət aldı
XƏBƏR 28 Sentyabr 2018 / 15:26 2400
-  A +

"Zirə”nin hücumçusu Aleksandr Dedov  və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

Qol.az-ın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə,  futbolçular UEFA Millətlər Liqasında San Marino və Belarusla keçiriləcək görüşlər üçün yığmaya çağırılıblar.

Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla qarşılaşacaq.

Qeyd edək ki, D Liqasında II qrupda yer alan Moldova millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner