"Ronaldonun gedişindən sonra komanda şəklində oynayırıq"

"Ronaldonun gedişindən sonra komanda şəklində oynayırıq"
XƏBƏR 17 Sentyabr 2018 / 16:57 4674
-  A +

“Real”ın futbolçusu Qaret Beyl Kriştiano Ronaldonun “Yuventus”a transferindən sonra komandadakı vəziyyətdən danışıb.

Qol.az-ın məlumatına görə, uelsli hücumçu “Daily Mail”ə açıqlamasında Ronaldonun gedişindən sonra komanda oyununa üstünlük verdiklərini deyib:

“Əlbəttə, belə böyük oyunçunun gedişindən sonra komandada vəziyyət bir qədər dəyişib. Ancaq indi biz komanda şəklində, vahid mexanizm kimi oynayırıq. Artıq oyunu bir futbolçu üzərində qurmuruq”.

Qeyd edək ki, Beyl Ronaldonun gedişindən sonra mövsümə yaxşı başlayıb. O, La Liqada 4 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner