“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” turnirə ciddi yanaşır.
Qol.az-ın “The Telegraph” nəşrinə istinadən yaydığı xəbərə görə, “topçular”ın baş məşqçisi Unay Emeri bu mövsüm qarşıya qoyduqları əsas hədəflərdən birinin məhz qitənin ikinci dərəcəli klub turnirində uğur qazanmaq olduğunu bildirib. İspan mütəxəssis Avroliqanı qazanmaqla növbəti mövsümdə birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq istədiklərini söyləyib:
“Avropa Liqası Çempionlar Liqasından sonra Avropanın ən vacib ikinci turniridir. Komandanın ÇL-da oynaması vacib məqamlardan biridir. Ancaq Avroliqanın qalibinin Çempionlar Liqasına birbaşa vəsiqə qazanması bu turnirə olan marağı daha da artırıb”.
Qeyd edək ki, “Qarabağ” Avroliqanın E qrupunda “Arsenal”la yanaşı, “Sportinq” və “Vorskla” ilə də mübarizə aparacaq.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər