"Karyeramı "Barselona"da bitirəcəm" - Qvardiola

"Karyeramı "Barselona"da bitirəcəm" -  Qvardiola
XƏBƏR 13 Sentyabr 2018 / 01:08 4208
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı danışıb.

Qol.az-ın xəbərinə görə, 47 yaşlı mütəxəssis “Mundo Deportivo”ya açıqlamasında son dayanacağının "Barselona" olacağını deyib:

"Karyerama başladığım yerdə son qoyacam. Karyeramın son illərini "Barselona"da keçirmək istəyirəm".

Qeyd edək ki, ispaniyalı mütəxəssis Kataloniya klubunun yetirməsi hesab olunur. O, 1990-2001-ci illərdə “Barselona”da oynayıb. Məşqçilik karyerasına isə klubun B komandasında başlayıb. 2008-2012-ci illərdə isə Qvardiola "Barselona"nın əsas komandasını çalışdırıb və bir çox uğurlara imza atıb.

Son xəbərlər
topaz banner