"Qarabağ"la oyuna görə 3 futbolçuya istirahət verildi

"Qarabağ"la oyuna görə 3 futbolçuya istirahət verildi
XƏBƏR 12 Sentyabr 2018 / 15:55 3074
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" Liqa Kubokunda "Maritimu" ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək.

Qol.az-ın "record.pt"a istinadən yaydığı xəbər verir ki, komandanın baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri qarşılaşmaya görə həmin bəzi aparıcı futbolçulara istirahət verib.

Yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesi sentyabrın 16-da keçiriləcək görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək.

Son xəbərlər
topaz banner