"Keşlə"də yunanıstanlı futbolçu

"Keşlə"də yunanıstanlı futbolçu
XƏBƏR 12 Sentyabr 2018 / 14:50 3710
-  A +

"Keşlə" baxışa yeni futbolçu dəvət edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, yunanıstanlı futbolçu Georgios Georgiadis bir neçə gündür komandanın düşərgəsindədir.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sabah"la yoxlama oyununda da iştirak edib. Onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Georgios karyerası ərzində "Panserraikos", PAOK, "Veria", "Ermis" və "Doxa Dramas"  klublarında oynayıb. O, Yunanıstanın əsas milli komandasının heyətində 3 qarşılaşmada iştirak edib. 

Son xəbərlər
topaz banner