Xedira daha 3 il "Yuventus"da - rəsmi

Xedira daha 3 il "Yuventus"da -  rəsmi
XƏBƏR 12 Sentyabr 2018 / 14:30 1665
-  A +

"Yuventus" futbolçusu Sami Xedira ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Almaniya millisinin üzvü 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildə  "Real"dan "Yuventus"a keçib. Xedira "Yuventus"un heyətində 3 dəfə İtaliya çempionu olub, 3 dəfə İtaliya kubokunu və 1 dəfə İtaliya Superkubokunu qazanıb.

Son xəbərlər
topaz banner