Advokatın yeni iş yeri müəyyənləşdi

Advokatın yeni iş yeri müəyyənləşdi
XƏBƏR 12 Sentyabr 2018 / 14:15 2948
-  A +

Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri məlum olub.

Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, 70 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. Erediviziya təmsilçisi “Utrext”lə anlaşan məşqçi sentyabrın 16-da “Emmen”lə keçiriləcək oyunda yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd dək ki,  PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya millilərinin də baş məşqçisi olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda işləyib.

Son xəbərlər
topaz banner