Dzeko Prosineçki və Şehiçi sevindirdi

Dzeko Prosineçki və Şehiçi sevindirdi
XƏBƏR 12 Sentyabr 2018 / 00:57 5607
-  A +

Bosniya və Hersoqovina millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Qol.az xəbər verir ki, yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin baş məşqçisi olduğu Bosniya millisi Avstriyanı 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini həll edən yeganə qolu 78-ci dəqiqədə Dzeko vurub.

“Qarabağ”ın keçmiş qolkiperi İbrahim Şehiç 90 dəqiqə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 2 turdan sonra 6 xalı olan Bosniya və Hersoqovina millisi B liqasının 3-cü qrupunda liderdir.

Son xəbərlər
topaz banner