Məsut Özil "Fənərbaxça"nın hədəfində

Məsut Özil "Fənərbaxça"nın hədəfində
XƏBƏR 11 Sentyabr 2018 / 22:30 3947
-  A +

“Arsenal”ın futbolçusu Məsut Özil qışda “Fənərbaxça”ya keçə bilər.

Qol.az-ın “Daily Star”a istinadən yaydığı xəbərə görə, İstanbul klubunun rəhbərliyi bu transfer üçün  fəaliyyətə başlayıb. Onlar “Arsenal”ın baş məşqçisi Unai Emerinin Özillə bağlı açıqlamasından sonra daha da ümidləniblər.

Emeri mətbuata verdiyi açıqlamada Məsutun əvəzedilməz futbolçu olmadığını bildirmişdi.

Qeyd edək ki, türkəsilli yarımmüdafiəçi mətbuata açıqlamasında “Fənərbaxça” azarkeşi olduğunu bildirib.

Son xəbərlər
topaz banner