"Real" onu, o isə "Barselona"nı istəyir

"Real" onu, o isə "Barselona"nı istəyir
XƏBƏR 11 Sentyabr 2018 / 19:15 6241
-  A +

Hollandiya millisi və “Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonqun müştəriləri artır.

Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, “Barselona”dan sonra indi də “Real” 21 yaşlı futbolçu ilə yaxından maraqlanır. “Kral klubu”nun istedadlı oyunçu üçün Hollandiya klubuna 55 milyon avro ödəməyə hazır olduğu iddia olunur.

Qeyd edək ki, bir müddət öncə “Barselona”nın de Yonqdan imtina etdiyi bildirilsə də, futbolçu özü məhz Kataloniya klubunda oynamaq istəyir.

Son xəbərlər
topaz banner