"Liverpul" 1 ay da gözləməli olacaq

"Liverpul" 1 ay da gözləməli olacaq
XƏBƏR 11 Sentyabr 2018 / 15:09 2452
-  A +

“Liverpul”un zədəli müdafiəçisi Deyan Lovrenin bərpa müddəti daha bir ay uzanıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarın əzələsindəki zədə səbəbindən bir müddətdir yaşıl meydanlardan kənarda qalan xorvatiyalı futbolçunun sentyabrın 20-nə kimi sıraya qayıdacağı gözlənilsə də, həkimlər bunun mümkün olmadığını bildiriblər. Onun ən yaxşı halda oktyabr ayının sonlarında tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Lovren Xorvatiya millisinin heyətində dünya çempionatında zədələnmişdi.


Son xəbərlər
topaz banner