"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı

"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı
XƏBƏR 10 Sentyabr 2018 / 15:58 2967
-  A +

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda iştirak edib.

Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. O, matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.

İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb. Atakoranın komandası oktyabrın 10-da keçiriləcək növbəti turda evdə Qambiya ilə üz-üzə gələcək.

Son xəbərlər
topaz banner