“Sent-Etyen”in futbolçusu öldürüldü

“Sent-Etyen”in futbolçusu öldürüldü
XƏBƏR 10 Sentyabr 2018 / 15:35 5783
-  A +

Fransanın "Sent-Etyen" klubunun futbolçusu Vilyam Qomis silahlı atışmanın qurbanı olub.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə,  "Var-Matin" nəşrinə istinadən xəbər verir ki, hadisə Mer şəhərində olub.

Sentyabrın 9-dan 10-na keçən gecə baş verən atışmada Qomislə yanaşı 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Sent-Etyen”in B komandasında çıxış edən 19 yaşlı Vilyam Qomis klubun sabiq futbolçusu Bafetimbi Qomisin qohumudur.

Son xəbərlər
topaz banner