"Balotellinin 15 kq artıq çəkisi var" – federasiya prezidenti

"Balotellinin 15 kq artıq çəkisi var" – federasiya prezidenti
XƏBƏR 10 Sentyabr 2018 / 14:25 3061
-  A +

“15 kiloqram artq çəkisi olan futbolçunu heç vaxt heyətə salmazdım. Oyundan sonra Sakki ilə danışdım, o da razılaşdı ki, Balotelli oynamağa hazır deyil”.

Qol.az-ın “Rai Sport”a istinadən yaydığı xəbərə görə, bu sözləri Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Bonek deyib. UEFA Millətlər Liqasında Polşa və İtaliya arasnda keçirilən oyunu (1:1) şərh edən Z. Bonek rəqib komandanın hücumçusu Mario Balotellinin çxışına da toxunub. Federasiya başçısı italiyalı forvardın formada olmadığını bildirib:

“Balotellini “Yuventus” – “İnter” oyunundan xatırlayıram. Həmin vaxt hər şey qaydasında idi. Ona görə təəssüflənirəm. Son oyunda da hiss olunurdu ki, səy göstərmək istəmir. Buna görə özü günahkardır. Peşəkar futbolçudur, bu formadada olmamalıdır. Polşa ilə matçda Balotellinin komandası üçün nəsə etdiyini demək doğru olmazdı”.

Son xəbərlər
topaz banner