Zidan "Mançester Yunayted"də? – "Tezliklə işə başlayacağam"

Zidan "Mançester Yunayted"də? – "Tezliklə işə başlayacağam"
XƏBƏR 10 Sentyabr 2018 / 11:50 6981
-  A +

Ötən mövsümün sonunda gözlənilməz şəkildə “Real”dan ayrılan Zinəddin Zidan yaxın vaxtlarda yenidən işə başlayacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə fransalı mütəxəssis özü məlumat verib. Ancaq o, hansı klubu çalışdıracağını açıqlamayıb:

“Əlbəttə, tezliklə yenidən məşqçiliyə başlayacağam. Bu, mənim sevdiyim işdir. Futbol mənim həyatımdır”.

Qeyd edək ki, bir müddətdir Zidanın “Mançester Yunayted”də Joze Mourinyonu əvəzləyəcəyi ilə bağlı xəbərlər dolaşır.

Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner