Sabiq “Arsenal”lı taksi sürücüsünə hücum edib

Sabiq “Arsenal”lı taksi sürücüsünə hücum edib
XƏBƏR 10 Sentyabr 2018 / 00:19 3312
-  A +

“Arsenal”ın sabiq hücumçusu, hazırda “Rusenborq”un formasını geyən Niklas Bendtner taksi sürücüsünə hücum etməkdə günahlandırılır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, insident sentyabrın 8-dən 9-na keçən gecə Kopenhagendə yaşanıb. 30 yaşlı forvardın yetirdiyi xəsarət nəticəsində taksi sürücüsü xəstəxanaya yerləşdirilib.

“Təsdiq edirəm ki, gecə bizim sürücüyə hücum edilib. İndi o, aldığı zərbələr səbəbindən əməliyyat olunacaq. Artıq hücum barədə polisə məlumat verilib. Taksi sürücüsünə hücum edən şəxs Niklas Bendtnerdir” - deyə, taksi şirkətinin meneceri Rasmus Kroçin belə deyib.

Son xəbərlər
topaz banner