Modriçin əvəzinə fransız futbolçu

Modriçin əvəzinə fransız futbolçu
XƏBƏR 9 Sentyabr 2018 / 20:30 5813
-  A +

“İnter” “Real”ın yarımmüdafiəçisi Luka Modriçi transfer etmək fikrindən daşınıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi mövsümün əvvəlində keçidi alınmayan xorvatiyalı oyunçuya əvəzləyici tapıb. İtaliya klubu indi də “Lion”da forma geyinən Luka Tusarla yaxından maraqlanır. Yaxın günlərdə klub rəhbərliyinin 21 yaşlı futbolçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən “Lion”da çıxış edən Tusar Fransa gənclər yığmasının da üzvüdür.

Son xəbərlər
topaz banner