İngiltərə millisinin üzvü meydanda huşunu itirdi
İngiltərə millisinin üzvü Lyuk Şou oyun zamanı huşunu itirib.
Qol.az-ın xəbərinə görə, 23 yaşlı futbolçu Millətlər Liqasının ilk turunda İspaniya ilə matçda zədələnib.
O, matçın 53-cü dəqiqəsində qonaqların futbolçusu Dani Karvaxalla mübarizə zamanı huşunu itirib.
Şouya dərhal tibbi yardım göstərilib. 23 yaşlı futbolçu meydanı oksigen maskası ilə tərk edib.
İngiltərəli futbolçu ötən gecəni xəstəxanada keçirib. Onun vəziyyəti normaldır.
Qeyd edək ki, qarşılaşmada İspaniya 2:1 hesablı qələbə qazanıb.