“Qarabağ”ın rəqibini məhkəməyə verdi

“Qarabağ”ın rəqibini məhkəməyə verdi
XƏBƏR 9 Sentyabr 2018 / 10:35 3376
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” UEFA tərəfindən cərimə oluna bilər.

Qol.az-ın xəbərinə görə, sabiq baş məşqçisi Sinişa Mihayloviç Lissabon təmsilçisini məhkəməyə verib.

Mövsümlərarası fasilədə Portuqaliya klubuna baş məşqçi təyin edilən və cəmi 9 gün sonra qovulan serbiyalı mütəxəssis “Sportinq”dən 11,2 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk oyununu sentyabrın 20-də səfərdə məhz “Sportinq”ə qarşı keçirəcək.

Son xəbərlər
topaz banner