"Qarabağ"ın rəqibi Paşayevin komandasını məğlub etdi

"Qarabağ"ın rəqibi Paşayevin komandasını məğlub etdi
XƏBƏR 9 Sentyabr 2018 / 02:14 3251
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla" klubu yoxlama oyunu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi digər Ukrayna təmsilçisi "Aleksandriya" ilə qarşılaşıb. Matç "Vorskla"nın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

"Vorskla" - "Aleksandriya" - 5:4
Qollar
: Kovaleç, 4 (0:1), Şastal, 17 (0:2), Kulaç, 21 (1:2), Şastal, (1:3), Kareka, 25 (2:3), Qriçyuk, 45 (2:4), Odaryuk, 55 (3:4), Kolomoeç, 75 (4:4), Misik, 84 (5:4)

Qeyd edək ki, P.Paşayev millimizin düşərgəsində olduğu üçün sözügedən matçda oynamayıb.


Son xəbərlər
topaz banner