İtaliyalı hücumçu "Barselona"nın hədəfində

İtaliyalı hücumçu "Barselona"nın hədəfində
XƏBƏR 8 Sentyabr 2018 / 20:56 5063
-  A +

İtaliya millisi və “Sassuolo”nun hücumçusu Domeniko Berardi gələn yay “Barselona”ya keçə bilər.

Qol.az-ın “Sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı futbolçu ispan klubunun maraq dairəsinə düşüb. Luis Suaresin yaşının artdığını nəzərə alan Kataloniya təmsilçisi gələcəkdə uruqvaylı ulduzu məhz italiyalı forvardla əvəzləməyi düşünür.

Qeyd edək ki, “Sassuolo”nun heyətində indiyə qədər 196 oyun keçirən Berardi 68 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
topaz banner